Xameneiyə nə olub? 

saytların hazırlanması

Evə çatdırılma

Xameneiyə nə olub? 

Dünya

12 Sentyabr 2022 13:34 5828


Bir sıra xarici media orqanlarında İranın rəhbəri Əli Xameneinin vəziyyətinin ağırlaşdığı bildirilir. Amma Tehran rəsmiləri və İran mediası məsələ ilə bağlı dəqiq açıqlama vermir.

“Yeni Sabah” xəbər verir ki, Azad İran teleqram kanalı yazır ki, İran mediası dini rəhbərin seçilməsinə görə məsuliyyət daşıyan Ekspertlər Şurasının Əli Xamenei ilə sentyabrın 10-u axşam saatlarına olan görüşünün ləğv olunduğunu bildirib. Ekspertlər Şurasınınin üzvü Haşim Haşimzadə Herisi mediaya açıqlamasında görüşün ləğv edildiyini təsdiqləyib.

"Rəhbər müxtəlif məsələlərdən danışdığı üçün hazırda bu görüşün keçirilməsini məsləhət bilməyib və bu görüş onun rahatlığı və vaxtının alınmaması üçün baş tutmayıb"-deyə, Herisi iddia deyib. pizza hut

İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı "Təsnim" xəbər ajansı isə öncədən heç bir görüşün planlaşdırılmadığını və İran rəhbərinin sağlıq durumu ilə bağlı məlumatların uydurma olduğunu iddia edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!