Xalq artisti Mələkxanım Əyyubova haqqında film çəkilir.
Yenisabah.az xəbər verir ki, bu barədə xanəndə sosial şəbəkə hesabında bildirib.
Mələkxanım Eyyubova paylaşımında bunları qeyd edib: Pepperoni pizza
“1992-ci ilin yanvar ayında Şuşada konsert proqramı ilə çıxış etdim. Heç zaman düşünməzdim ki, bu konsertdən sonra Şuşaya 30 il həsrət qalacam.
Yuxuma belə gəlməzdi ki, 30 il sonra haqqımda film çəkiləcək və onun ilk görüntüləri Şuşadan başlayacaq. Şükür bu günümüzə, Allah şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!”
Telegram kanalımız