Xanəndə: “Həyat yoldaşımı qaçırtmışam“

saytların hazırlanması

Evə çatdırılma

Xanəndə: “Həyat yoldaşımı qaçırtmışam“

Şou

10 Sentyabr 2022 13:18 1166


Xalq artisti Alim Qasımov həyat yoldaşını qaçırtdığını açıqlayıb.

Yenisabah.az xəbər verir ki, “O kimdir?” verilişində qonaq olan ifaçı 20 yaşında həyat yoldaşını qaçırtdığını deyib:

"Onun qəlbini fəth etməmişəm, onu oğurlamışam. 8-ci sinfə qədər bir yerdə oxumuşuq. Savadlı idi, mən isə 2-3 alırdım. O, mənə yuxarıdan aşağı baxırdı. Dedim ki, necə ola bilər mənə baxmasın? Onu oğurlayacam və götürdüm qaçdım. Böyük qardaşları var idi, tutsalar, öldürəcəkdilər. 20 yaşım heç tamam deyildi. Ailədə söylədilər ki, bakılıdırlar, müasirdirlər, imkanları bizdən yaxşıdır. Bizə uyğun deyillər. Amma ailəmə söz verdim və onu qaçırtdım. İllər ötdükcə gördüm ki, bu, nə mənim, nə onun işidir. Allahın qismətiymiş ki, biz həyatı qoşa davam edək". pizza sifarişi

Həmin görüntüləri təqdim edirik:

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!