Xanımı İsa Qəmbərin doğum gününü təbrik etdi:   “Səndən doymamışam“

saytların hazırlanması

Evə çatdırılma

Xanımı İsa Qəmbərin doğum gününü təbrik etdi: “Səndən doymamışam“

Siyasət

24 Fevral 2021 10:51 1261


Bu gün Azərbaycanın sabiq spikeri, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin ad günüdür. Onun 64 yaşı tamam olur.

Yenisabah.az xəbər verir ki, İsa Qəmbəri ilk təbrik edənlərdən biri də onun xanımı, professor Aida Qəmbərdir. Aida xanım ömür-gün yoldaşıyla bağlı arzularını özünün sosial şəbəkə hesabında yazıb: 

"Həyatımın ən önəmli, ən istəkli adamı - İsa Qəmbərin 64 yaşı tamam olur. Bu tarixin yarısından bir az çoxunu bir yerdəyik. Ömür vəfa etsə hələ çox illər birgə addımlamaq istərdim, çünki onunla olmaqdan zövq alıram, hələ doymamışam. İsa - mənim dostum, həmsöhbətim, dayağım, arxamdı, mənə ruh verən, bəzən yol göstərən, məsləhətlərini əsirgəməyən - bir sözlə, həyatımı bütöv edən kişidi. Sağ ol, var ol, əzizim". Dominos pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!