Xankəndidə silah-sursat tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Xankəndidə silah-sursat tapıldı

Kriminal

19 Yanvar 2024 11:05 668


Polis əməkdaşları keçirdikləri tədbirlərlə yanvarın 18-də Xankəndidə silah-sursat tapıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, şəhər ərazisində 1 ədəd qumbaraatan, 16 ədəd müxtəlif markalı avtomat silahı, 4 ədəd tapança, 19 ədəd qumbara, 4 ədəd tüfəng, 131 ədəd patron darağı, 6463 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Bundan başqa, ölkə ərazisində qanunsuz saxlanılan 2 ədəd avtomat silahı, 1 tapança, 2 ədəd müxtəlif markalı tüfəng, 2 patron darağı və 23 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb. Toyuqlu pizza

Həmçinin, paytaxt və ayrı-ayrı rayonlarda 3 ədəd avtomat silahı, 1 tapança, 1 qumbara, 5 ədəd müxtəlif markalı tüfəng, 5 patron darağı və 284 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!