“Xankəndinin komendantı” Ermənistanda həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

“Xankəndinin komendantı” Ermənistanda həbs olundu

Siyasət

03 Aprel 2024 16:44 2519


Martın 29-da Qarabağdan Ermənistana gələn Sarkis Qalstyan casusluqda ittiham olunur və onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan məlumat yayıb.

Qeyd edək ki, Sarkis Qalstyanla birlikdə onun harvadı Marqarita Şaxnazaryan da Ermənistana gəlib. pizza sifarişi

Onların həbsi barədə MediaHub saytı məlumat yaymlışdı.

İddiaya görə, Sarkis Qalstyan Gorus şəhərində Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və nəzarətə götürülüb.

Sarkis Qalstyanın Ermənistanda yaşayan qohumları da xəbəri təkzib etməyiblər.

Xatırladaq ki, bir neçə ay öncə bəzi erməni mənbələri Sarkis Qalstyanın Xankəndidə komendant təyin edildiyi barədə qeyri-dəqiq xəbər yaymışdılar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!