“Xarkov, Luqansk və Donbasda ağır döyüşlər gedir“   - Ukrayna müdafiə naziri

saytların hazırlanması

Evə çatdırılma

“Xarkov, Luqansk və Donbasda ağır döyüşlər gedir“ - Ukrayna müdafiə naziri

Dünya

04 Aprel 2022 14:05 704


“Rusiya hərbçiləri yeni qüvvələr toplamaq və hücum istiqamətini dəyişmək üçün Çerniqov və Sumı vilayətlərindən geri çəkilirlər”.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Oleksiy Reznikov xalqa müraciətində deyib.

“Hazırda Xarkov, Luqansk və Donbasda ağır döyüşlər gedir. Qoşunlarımız Rusiya hərbçilərini Xersondan geri çəkilməyə məcbur edirlər. Çerniqovda durum çətin olaraq qalır. Mariupolda müdafiəçilər qəhrəmancasına döyüşürlər. Bu gün minlərlə ukraynalı ölkənin gələcəyi uğrunda mübarizə aparır. Qarşı tərəfin texnikası daha çox olsa da, onlar qaçırlar. Çünki onların bizim kimi cəsarətli insanları yoxdur”, - nazir bildirib. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!