Duet ortaqları Xatirə İslam və Əməkdar artist Vasif Məhərrəmlinin yeni tərəf müqabilləri ilə çxıış etmələri diqqət çəkib.
Yenisabah.az Olay-a istinadla xəbər verir ki, bununla bağlı “Günaydın Azərbaycan” verilişində qonaq olan V. Məhərrəmliyə sual ünvanlanıb.
Rahidə Baxışova ilə duet oxuyan Vasifə Xalq artisti Fatma Mahmudova deyib: “Bəs Xatirə xanım haradadır? Hara gedib? Rahidəni tanımadım. Dedim, Vasif müəllim yeni duet ortağı tapıb özünə”. Marqarita pizza
Bundan sonra aparıcı Xoşqədəm Hidayətqızı da eyni sualı verib və onların küsülü olub-olmadıqlarını soruşub.
“Xatirə xanım evlərindədir. Münasibətimiz əladır. İndi Rahidə ilə oxumağa keçmişik. Qətiyyən. Ola bilməz. Xatirədən niyə küsüm? O da bizim gənc dostumuzla duet oxudu. Hər kəsə düşərli olsun”, - deyə Vasif cavab verib.
Telegram kanalımız