“Xəbəri efir bitənə yaxın mənə dedilər".
Yenisabah.az xəbər verir ki, bunu "Instagram" hesabında aparıcı Vüsalə Əlizadə yazıb.
O, prodüser Oqtay Əliyevin ölüm xəbərini açıqlayarkən hisslərini cilovlamasını tənqid edənlərə cavab verib:
"Xəbəri efir bitənə yaxın mənə dedilər. Hamı bilir ki, belə bir kədər yaşamışam. Amma efirin öz qanunları var. Dərdlərini gizlə və gülümsə… Bu insan bir başqa əziz idi. Xəbəri boğula-boğula dedim, amma inanmadım. Özüm meyitxanaya gedənədək… Çox heyif! Əlvida, dəyərli insan, müasir televiziyanın danışan dili, ilk addımlarımdan bu yana məni dəstəkləyən Oqtay müəllim”.
Telegram kanalımız