Xəritələrə əsasən, 4 kənd Azərbaycana məxsus olub - Ermənistan Ədliyyə Nazirliyi 

saytların hazırlanması

Evə çatdırılma

Xəritələrə əsasən, 4 kənd Azərbaycana məxsus olub - Ermənistan Ədliyyə Nazirliyi 

Siyasət

29 Aprel 2024 18:00 560


"Demarkasiyanın başa çatmasına dair sənəd parlament tərəfindən ratifikasiya olunacaq və Ermənistan və Azərbaycan arasında dövlət sərhədi haqqında beynəlxalq müqavilə olacaq". 

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan Ədliyyə Nazirliyi məlumat yayıb. 

Nazirlik xatırladıb ki, SSRİ-də qüvvədə olan xəritələrə görə 4 kənd Sovet Azərbaycanına məxsus olub.  pizza hut

Qeyd olunub ki, sərhəd dirəklərinin quraşdırılması da tərəflərin razılaşdırdığı xəritələr əsasında baş verir. Bildirilib ki, İrəvan və Bakı komissiyalarının imzaladığı protokolda “mayın 15-dək sərhədin müəyyən hissəsinin təsdiq edilməsindən”, sonra isə bu əraziyə sərhəd qoşunlarının yerləşdirilməsindən söhbət gedir. 

Açıqlamada deyilir ki, son günlər delimitasiya və demarkasiya üzrə komissiyanın işi və Tavuş vilayətində aparılan proseslə bağlı bir sıra yalan və çaşdırıcı tezislər səslənir. 

Nazirlik əlavə edib ki, "Ermənistan Respublikasının inzibati ərazi bölgüsü haqqında" qanununa əsasən, ölkənin ərazisinə sözügedən 4 kənd daxil deyil. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!