Xerson raket atəşinə tutuldu: ölən və yaralananlar var

saytların hazırlanması

Evə çatdırılma

Xerson raket atəşinə tutuldu: ölən və yaralananlar var

Dünya

19 May 2024 13:31 576


Rusiyanın Ukraynanın Xerson vilayətini atəşə tutması nəticəsində iki nəfər ölüb, daha iki nəfər isə yaralanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Xerson vilayət dövlət administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, yaşayış məntəqələrinə endirilmiş zərbələr nəticəsində çoxmərtəbəli bina və 8 fərdi evə ziyan dəyib. Liman infrastrukturunda da zərbə qeydə alınıb. Hadisədə iki nəfər həlak olub, daha iki nəfər yaralanıb. pizza sifarişi

Bildirilib ki, vilayətin Antonivka, Sadove, Stanislav, Ponyativka, Mikolske, Berislav, Mixaylivka, Tyaginka, Osokorivka, Lvove, Novooleksandrivka yaşayış məntəqələri, habelə Xerson şəhəri atəşə tutulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!