Xersonda Rusiya ordusunun hərbi bazası məhv edildi

saytların hazırlanması

Evə çatdırılma

Xersonda Rusiya ordusunun hərbi bazası məhv edildi

Dünya

07 Sentyabr 2022 17:56 940


Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində Rusiyanın şəxsi heyətinin və hərbi texnikasının olduğu bazanı məhv edib. 

“Report” UNİAN-a istinadən xəbər verir ki, bu barədə “Pivden” əməliyyat komandanlığından bildirilib.

Qeyd olunub ki, Ukrayna ordusu mövqe döyüşlərini davam etdirir: “Qarşı tərəf maddi-texniki təchizat baxımından itkilər verir. Bu, Rusiya ordusunda ruh düşkünlüyü yaradır”. pizza sifarişi

Məlumata görə, anbarın vurulması nəticəsində 30 hərbçi və 2 piyada döyüş maşını məhv edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!