“Xəstəlik adıyla pul yığıb, sonra oğluna 2 minə it almışdı” - Könül Xasiıyeva ilə bağlı   ŞOK İTTİHAM

saytların hazırlanması

Evə çatdırılma

“Xəstəlik adıyla pul yığıb, sonra oğluna 2 minə it almışdı” - Könül Xasiıyeva ilə bağlı ŞOK İTTİHAM

Şou

24 Oktyabr 2022 18:30 18231


Xəbər verdiyimiz kimi, Xalq artisti Könül Xasıyeva boğazında şiş aşkarlandığını müalicə üçün 254 min manata ehtiyacı olduğunu bildirib.

Yenisabah.az xəbər verir ki, xanəndə bununla bağlı tez-tez instaqram hesabında paylaşım edərək, ona yardım edilməsini istəyir.

Bu dəfə də Xasıyeva sənət adamlarına müraciət ünvanlayıb: pizza sifarişi

"Əziz sənət yoldaşlarım, gec olmadan hərəniz cəmi bir toyun pulunu instaqram hesabımda paylaşdığım karta köçürsəniz, məni və mənsiz qalacaq tək narahat balamı xilas etmiş olarsınız. Dəymirəmmi buna? Axı siz məni çox sevirsiniz".

Jurnalist Pərviz Hüseyn isə Xalq artistinə qarşı şok ittihamla çıxış edib.

O bildirib ki, ötən dəfə Könül Xasıyeva xəstəlik adıyla pul yığıb, sonra oğlu Kazıma 2 minə it almışdı:

"Könül Xasıyevanın neçə evi var, birini satsın əməliyyat olunsun. Hər dəfə camaatdan pul yığır. Keçən dəfə də xəstəlik adıyla pul yığıb, sonra oğlu Kazıma 2 minə it almışdı. Hələ yazıb ki, sənət yoldaşlarım bircə toyun pulunu kartıma köçürsəniz, sağalaram. Niyə də? Allah şəfa versin, o ayrı. Amma bu qədəri də ifratdır, hər şeyin təhəri var!"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!