Xəstəxanada yanlış diaqnoz: Prokurorluq ölüm faktını araşdırır

saytların hazırlanması

Evə çatdırılma

Xəstəxanada yanlış diaqnoz: Prokurorluq ölüm faktını araşdırır

Kriminal

09 Oktyabr 2023 15:06 958


“Naxçıvan Muxtar Respublikası Xəstəxanası” PHŞ-nin Kardioloji mərkəzində müalicə alan Culfa rayonunun Gülüstan kənd sakini Elməddin Vəliyevin ölməsi ilə bağlı Naxçıvan şəhər Prokurorluğunda araşdırma aparılıb.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, araşdırma zamanı toplanmış sübutlara əsasən Elməddin Vəliyevdə aşkar edilmiş sağ ağciyər xərçənginin həkimlər tərəfindən “Pnevmoniya” kimi qiymətləndirilməsi və patologiyanın müalicə tədbirlərindən kənarda qalması, eləcə də sağ ağciyərdə aşkar edilmiş patoloji kölgəliyin göbələk infeksiyası kimi qiymətləndirilməsi nəticəsində onun düzgün müalicə olunmamasına əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Naxçıvan şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!