Xətaidə əməliyyat: Metro yaxınlığında tiryəkxana akarlandı

saytların hazırlanması

Evə çatdırılma

Xətaidə əməliyyat: Metro yaxınlığında tiryəkxana akarlandı

Kriminal

25 Aprel 2023 11:59 885


Xətaidə narkotiklərin satışı ilə məşğul olan, evində “tiryəkxana” təşkil edən və qanunsuz odlu silah saxlayan şəxslərə qarşı silsilə əməliyyatlar keçirilib.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, tədbirlər zamanı əvvəlcə paytaxt sakini Aqil Məmmədov və Xalidə Bayramova narkotiklərin satışında şübhəli bilindikləri üçün tutulublar. Onlardan 3 kiloqramdan artıq heroin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Bundan başqa, metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında yerləşən mənzillərdən birində tiryəkxana təşkil edən Kamal Ələkbərov. və həmin evdə narkotik vasitələr qəbul edən daha 6 nəfər saxlanılıb.  Marqarita pizza

Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri sonuncu əməliyyat zamanı isə narkotiklərin satışı ilə məşğul olan və üzərində qanunsuz olaraq silah saxlayan paytaxt sakini Elçin Hüseynov saxlanılıb. Ondan 1 ədəd “Kalaşnikov” markalı avtomat, həmin silaha aid daraq, 29 ədəd patron və 1 kiloqrama yaxın satış məqsədi ilə əldə etdiyi heroin aşkar edilib. Elçin Hüseynov odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.

Ümümən Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının son iki ayda həyata keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 73 nəfər saxlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!