Xətai rayonunda narkotiklərin satışını təşkil edən, üzərində qanunsuz odlu silah-sursat saxlayan və silsilə oğurluqlar edənlərə qarşı əməliyyatlar keçirilib.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, 48 nəfər saxlanılıb. Araşdırma zamanı saxlanılanların bir neçəsinin əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum edilmiş şəxslər olduqları müəyyən edilib. Onların üzərindən, yaşadıqları evlərdən külli miqdarda heroin, marixuana və metamfetamin aşkar edilib.
Digər əməliyyat zamanı üzərində qanunsuz olaraq silah gəzdirən Zamir Cəlilov saxlanılıb. Ondan bir ədəd “Revolver” tipli yivli tapança və həmin silaha aid patron aşkar edilib. pizza sifarişi
Z. Cəlilov odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.
Son əməliyyat zamanı isə avtomobillərin ehtiyat hissələrinin satıldığı obyektlərdən birindən oğurluqlar edən Ceyhun Allahverdiyev və qardaşı Cəsarət saxlanılıblar. Bu şəxslər müxtəlif vaxtlarda həmin obyektə 3 dəfə daxil olaraq oradan xarici markalı nəqliyyat vasitələrinin katalizatorlarını oğurlayıblar.
Ceyhun və Cəsarət Allahverdiyevlər bu yolla zərərçəkənə ümumilikdə 33 min manat maddi ziyan vurublar.
Telegram kanalımız