Xətaidə qohumunu güllələyən şəxs tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Xətaidə qohumunu güllələyən şəxs tutuldu

Kriminal

17 Oktyabr 2023 17:34 495


Oktyabrın 17-də 1984-cü il təvəllüdlü Elməddin Fətəliyevin qəsdən öldürülməsi barədə Xətai rayon prokurorluğuna məlumat daxil olub. 

Yenisabah.az xəbər verir ki, araşdırma zamanı 1971-ci il təvəllüdlü Arif Fətəliyevin Xətai rayonu NZS qəsəbəsində yerləşən avtomobil təmiri sexində aralarında yaranmış mübahisə zamanı qohumu Elməddin Fətəliyevi ov tüfəngindən bir dəfə atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Arif Fətəliyev şübhəli şəxs qismində tutulub.  Pepperoni pizza

Hazırda ibtidai istintaq davam edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!