"ABŞ-ın İrana qarşı yeni sanksiyalarının qəbulu Amerika tərəfinin nüvə sazişinin icrasına qayıtmaq niyyəti ilə bağlı bəyanatlarına ziddir".
Yenisabah.az "Təsnim"ə istinadla xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə bildirib.
O deyib: “Birləşmiş Ştatların nüvə sazişinin tam icrasına qayıtmağa hazır olduğunu bəyan etməsinə baxmayaraq, onlar nüvə sazişini dəstəkləmək üçün BMT Təhlükəsizlik Şurasının 2231-ci müddəasını pozmaqda davam edirlər”. pizza mizza
Diplomatın sözlərinə görə, bu hərəkətlər açıq şəkildə göstərir ki, ABŞ-ın hazırkı administrasiyası Baydenin bəyanatlarının əksinə olaraq, heç bir səbəb olmadan İran xalqına təzyiqləri artırmaq üçün bütün imkanlardan istifadə edir.
Xatırladaq ki, martın 30-da ABŞ Maliyyə Nazirliyi İranda daha bir fiziki və 4 quruma qarşı sanksiyaların tətbiq edildiyini açıqlayıb.
Telegram kanalımız