Xəzər hövzəsində ABŞ-ın siyasəti –   Yeni kitab

saytların hazırlanması

Evə çatdırılma

Xəzər hövzəsində ABŞ-ın siyasəti – Yeni kitab

Siyasət

08 Aprel 2021 10:26 723


İran əsilli araşdırmaçı-alim Omid Şokri Xəzər hövzəsinin enerji resurslarına dair ABŞ-ın siyasəti ilə bağlı yeni bir kitab nəşr etdirib.

Yenisabah.az xəbər verir ki, bu barədə alimin özü “Twitter”-də paylaşım edib.

Omid Şokrinin kitabı "ABŞ-ın Xəzər dənizi hövzəsindəki enerji diplomatiyası: 2001-ci ildən bəri dəyişən meyllər” adlanır. Toyuqlu pizza

O, Vaşinqtonda yerləşən Baş Enerji Diplomasiyası və Enerji Təhlükəsizliyi Mərkəzi və Körfəz Dövlət Analitikasının (GSA) analitikidir. Hazırda Corc Meyson Universitetinin Siyasət və İdarəçilik Məktəbində çalışır.

Omid Şokri beynəlxalq münasibətlər üzrə və Türkiyənin İstanbul Universitetində politologiya üzrə magistr dərəcəsi alıb. Əsas tədqiqat marağı enerji diplomatiyası, ABŞ-ın enerji siyasəti, İran-Türkiyə və İran-Rusiya münasibətləridir. Həmçinin qlobal enerji bazarı tədqiqatları, enerji təhlükəsizliyi və geosiyasi risklər sahəsində onillik peşəkar təcrübəyə malikdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!