İyulun 22-də Xəzər dənizində birgə axtarış-xilasetmə təlimləri başlayıb.
Yenisabah.az Mehr-ə istinadla xəbər verir ki, tədbirində Xəzər dənizinin bütün beş sahilyanı dövləti iştirak edəcək.
Təlimin məqsədi regional əməkdaşlığı gücləndirmək və iştirakçı ölkələrin axtarış-xilasetmə əməliyyatlarının aparılmasına hazırlığını artırmaqdır. Marqarita pizza
İştirakçı ölkələr arasında İran, Rusiya, Qazaxıstan, Türkmənistan və Azərbaycan var.
Xəzəryanı dövlətlərin, o cümlədən İran İslam Respublikası, Azərbaycan və Rusiya Federasiyasının nümayəndələri təlimin müxtəlif mərhələlərində monitorinq keçirəcəklər.
Telegram kanalımız