Xəzərdə yeni adalar yarandı

saytların hazırlanması

Evə çatdırılma

Xəzərdə yeni adalar yarandı

Sosial

28 Noyabr 2024 18:44 361


Su səviyyəsinin düşməsi nəticəsində Xəzər dənizində yeni adalar aşkar edilib. Dağıstan alimləri yeni ərazilərdə bitkilər və quşlar müşahidə ediblər.

Oxu.az bu barədə TASS-a istinadən xəbər verir.

"Xəzər dənizinin səviyyəsinin düşməsi səbəbindən xüsusi mühafizə olunan ərazilərdə və onlara bitişik akvatoriyalarda böyük dəyişikliklər qeydə alınıb. Aqraxan körfəzi, demək olar ki, mövcudluğunu dayandırıb, ondan yalnız şimal hissədə dayaz sular qalıb. Çeçen adası və onun cənubunda yerləşən adalar Aqraxan yarımadası ilə birləşib. Xəzərin şimal-qərb hissəsində yeni adalar əmələ gəlib ki, burada qamış və yulğun kolları, qağayı koloniyaları yaranır. Alimlərımiz yeni adalarda flora və faunanın formalaşması proseslərini müşahidə etmək üçün unikal imkan əldə ediblər", - deyə "Dağıstan" Dövlət Təbiət Biosfer Qoruğunun (Rusiya) direktoru Kurban Kuniyev məlumat verib. pizza sifarişi

Onun sözlərinə görə, dənizdə su səviyyəsinin azalması səbəbindən "Kizlyar körfəzi" sahəsi də, demək olar ki, dəniz akvatoriyasını tamamilə itirib.

"Hazırda o, dövri olaraq dəniz suyunun basdığı bataqlıq və bataqlıqətrafı çəmənliklərdən ibarətdir", - deyə Kuniyev əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!