XİN: Müharibə istəmirik, amma...

saytların hazırlanması

Evə çatdırılma

XİN: Müharibə istəmirik, amma...

Dünya

09 Aprel 2024 14:21 584


Israil nə İran, nə də Livanla müharibə istəyir, lakin birbaşa hücumlar olacağı təqdirdə hərbi əməliyyatlara əl atmağa məcbur olacaq.

Yenisabah.az La Repubblica-ya istinadla xəbər verir ki, bunu İsrailin xarici işlər naziri İsrael Katz bildirib.

Katz hesab edir ki, Qərb İranın yaratdığı təhlükədən kifayət qədər xəbərdar deyil. pizza mizza

Nazir bildirib ki, indiyə qədər "Hizbullah" və husilərin Colan və Eylatdan raket atışlarına İsrailin cavabı "çəkindirici olub".

“Anca Dəməşqin qisası kimi raketlər Livandan Təl-Əvivə uçarsa, İsrail öz təyyarələrini və hətta əsgərlərini ora göndərəcək”, - deyə nazir qeyd edib.

“Hizbullah"ın raketlərinə görə minlərlə israillini köçürməyə məcburuq. Əgər onlar [Hizbullah döyüşçüləri] BMT-nin 1701 saylı qətnaməsində nəzərdə tutulduğu kimi Litani çayından kənara çəkilməsələr, Beyrutla müharibəyə başlamaq məcburiyyətində qalacağıq”, - deyə Katz əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!