XİN: Qəzada sağ qalanlar arasında vəziyyəti ağır olanlar var

saytların hazırlanması

Evə çatdırılma

XİN: Qəzada sağ qalanlar arasında vəziyyəti ağır olanlar var

Sosial

25 Dekabr 2024 14:43 232


“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsiNİN Aktau şəhəri yaxınlığında qəzaya uğramasının səbəbləri araşdırılır.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qəza ilə əlaqədar ilk andan Azərbaycanın Aktau şəhərindəki Baş Konsulluğuhadisə yerində fəaliyyət göstərir. Sezar pizza

"Qazaxıstan tərəfi ilə əlaqələndirilməklə fövqəladə xilasetmə qurumları tərəfindən təcili operativ tədbirlər görülür".

Əlavə edilib ki, təyyarə qəzasında sağ qalanlar arasında vəziyyəti ağır olanlar var:

"Göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. İlkin məlumata əsasən, 32 nəfərin sağ qaldığı müəyyən edilib. Aralarında vəziyyəti ağır olanlar var. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun sədrliyi ilə dövlət komissiyası yaradılıb".

Məlumatda o da vurğulanıb ki, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq faciəvi qəza ilə əlaqədar Azərbaycan Respublikasının fövqəladə hallar naziri, eləcə də rəqəmsal inkişaf və nəqliyyat nazirinin rəhbərlik etdiyi heyət Qazaxıstana yola düşüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!