XİN sözçüsü İranın Azərbaycandakı yeni səfirindən söz açdı

saytların hazırlanması

Evə çatdırılma

XİN sözçüsü İranın Azərbaycandakı yeni səfirindən söz açdı

Siyasət

15 Aprel 2024 13:51 346


Azərbaycan Respublikası ilə İran arasında Tehrandakı səfirliyiklə bağlı konsensus mövcuddur. 

Yenisabah.az Təsnim-ə istinadla xəbər verir ki, bunu İran XİN-in sözçüsü Naser Kənani bildirib.

O, səfirliyin yenidən açılması ilə bağlı deyib: "Azərbaycanın Tehrandakı səfirliyinin diplomatik fəaliyyətinin bərpası üçün yaxşı hazırlıqlar görülüb və müxtəlif səviyyəli görüşlərdə bu barədə müzakirələr aparılıb. O cümlədən xarici işlər nazirləri və Azərbaycanın diplomatik nümayəndə heyəti keçən ilin sonunda diplomatik fəaliyyətinin bərpası məqsədi ilə Tehrana gəliblər. pizza mizza

Tərəflər arasında konsensus formalaşıb ki, iki qonşu və dost ölkə arasında münasibətlərin digər inkişaf edən sahələrinə, xüsusən də müxtəlif iqtisadi sahələrdə şahidi olduğumuz xoş hadisələrə uyğun olaraq, siyasi və diplomatik əməkdaşlıq da inkişaf etməlidir". 

N. KƏnani İran səfirinin Bakıdakı missiyası başa çatdığını vurğulayıb: "Təbii ki, o hələ də vəzifəsini icra edir və yeni səfirlə bağlı işlər hazırkı prosesə uyğun aparılacaq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!