Abşeron rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 6 nəfər saxlanılıb.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, Xırdalan şəhərində saxlanılanlar Fəxri İsayev, Musfiq İsayev, Asim Ağayev və Samir Rzayevdir. . Bu şəxslər izahatlarında narkotikləri şəxsi istifadələri üçün Xırdalanda yaşayan Aqil adlı şəxsdən aldıqlarını bildiriblər.
Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxs - Aqil Əsgərov da saxlanılaraq istintaqa təqdim edilib. Onun yaşadığı evə baxş zamanı 4 kiloqrama yaxın heroin, metamfetamin və marixuana aşkar edilib. Dördpendirli pizza
İdarə əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha bir nəfər – Amil Talıbov da saxlanlılıb. Həmin şəxsdən isə 1 kiloqrama yaxın marixuana aşkar olunub.
Faktlarla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.
Telegram kanalımız