Xırdalanın küçələri asfaltlandı -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Xırdalanın küçələri asfaltlandı - Fotolar

Sosial

30 Dekabr 2020 12:49 722


Xırdalan şəhərində küçələrə asfalt örtüyü çəkilib. Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın tapşırığı və Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təşkilatçılığı ilə şəhərin M.Ə.Rəsulzadə və Qəşəm Aslanov küçələri əsaslı şəkildə yenidən qurulub.

Yenisabah.az xəbər verir ki, bu barədə Abşeron RİH-nin sözçüsü Seymur Qasımov məlumart verib. 

O, bildirib ki, M.Ə.Rəsulzadə küçəsinin uzunluğu 1120 m, eni isə ortalama 14 m təşkil edir. Bu küçədə asfaltlanma işləri 24 min kv.m sahəni əhatə edib. Layihə çərçivəsində vətəndaşların küçənin kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün piyada səkiləri yenidən qurulub, kənarlarında olan köhnə səki daşları sökülərək yeniləri ilə əvəzlənib. Ümumilikdə küçə boyu 1400 p-metr yeni səki daşının düzülməsi işləri aparılıb. Bundan başqa yenidənqurma işlərinə uyğun olaraq küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Kanalizasiya quyularının qapaqları yenilənib, yol kənarlarına yeni yağış barmaqlıqları yerləşdirilib, hərəkətin normal təşkili üçün yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri həyata keçirilib.  Dördpendirli pizza

Qeyd edilib ki, şəhərin Qəşəm Aslanov küçəsində hərəkət axınını fasiləsiz təmin etmək məqsədi ilə  küçə enləndirilib, piyada səkiləri yenidən qurulub. Kanalizasiya quyularının qapaqları yenilənib, yol kənarlarına yeni yağış barmaqlıqları yerləşdirilib. Küçə əsaslı şəkildə asfaltlanıb. Hazırda son tamamlama işləri həyata keçirilir. Bayramdan sonra isə Xırdalan şəhərinin daha iki küçəsinin - Əvəz Şəfiyev və Rəşid Behbudov küçələrinin əsaslı şəkildə yenidən qurulmasına başlanılacaqdır. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!