Xocalı polisi mal-qara oğurlamaqda şübhəli bilinən şəxsləri saxlayıb.
Yenisabah.az DİN-in Mətbuat Xidmətinə stinadla xəbər verir ki, onlar Goranboy rayonun Meşəli kənd sakinlərinə məxsus mal-qara və atları oğurlamaqda şübhəli bilinir.
Araşdırmalar zamanı məlum olub ki, Kəlbəcər rayon sakini Arzu Məhərrəmov Xocalı rayon sakini İlkin Abışov ilə birlikdə ümumən 18 şəxsə məxsus 15 baş mal-qaranı və 22 rəst atı müxtəlif vaxtlarda kənd ərazisindən oğurlayaraq respublikanın digər rayonlarına apararaq satıb. pizza sifarişi
Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 10 vətəndaşa dəymiş ziyan ödətdirilib.
Telegram kanalımız