Xocavənddə partlayış - Ölən var

saytların hazırlanması

Evə çatdırılma

Xocavənddə partlayış - Ölən var

Hadisə

13 Yanvar 2023 17:06 824


Xocavənddə əlində sursat partlayan şəxs ölüb. 

Yenisabah.az xəbər verir ki, DİN Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, hadisə rayonun Ağburun adlanan ərazisində baş verib. Belə ki, orada heyvan otaran 1971-ci il təvəllüdlü Elşən Hümbətov ərazidən partlayıcı sursat tapıb. E.Hümbətovun sursatla ehtiyatsız davranması ucbatından partlayış baş verib. Nəticədə o, hadisə yerində vəfat edib. 

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə gedərək baxış keçiriblər. Hadisə yerində təhlükəsizlik tədbirləri görüldükdən sonra E.Hümbətovun meyiti ərazidən götürülərək morqa təhvil verilib.  Dominos pizza

Araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!