“Xocəsən“ deposunun inşası nə zaman yekunlaşacaq? -   RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

“Xocəsən“ deposunun inşası nə zaman yekunlaşacaq? - RƏSMİ AÇIQLAMA

Sosial

07 Yanvar 2021 16:14 694


Bakı metropoliteninin “Xocəsən” deposunun inşası üzrə aparılan işlərin birinci mərhələsi yekunlaşmaq üzrədir.

“Bakı Metropoliteni” QSC-dən Yenisabah.az-a verilən məlumata görə, depoda işlər sürətlə davam etdirilməklə Bənövşəyi xəttin inşasına paralel və zərurətə uyğun olaraq 3 mərhələdə həyata keçirilir. Hazırda 3 stansiyanın tələbinə uyğun sahələrin inşası davam etdirilir.

Dəmir yoluna çıxış yolunun hazırlanması həlledici mərhələdədir. Qatarlara təmir-baxış sahəsinin qurulması istiqamətində aparılan işlər çərçivəsində bir baxış qanovu və rels yolu hazır vəziyyətə gətirilib, daha ikisində yolun üst quruluşu elementlərinin quraşdırılması tamamlanır. Pepperoni pizza

Depo sahəsində blok-post binası, müvafiq kommunikasiya sistemləri, yükləmə-boşaltma məntəqəsi, yanğın təhlükəsizliyi və digər texniki xidmət sahələri ilə yanaşı, yeraltı keçid, həmçinin sərnişin platformasında işlər pandemiya tələbləri nəzərə alınmaqla planlaşdırılmış qaydada davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!