Avropa İttifaqının İqtisadiyyat və Maliyyə Nazirləri Şurası Xorvatiyanın 2023-cü il yanvarın 1-dən avro zonasına daxil olması ilə bağlı qərarı təsdiqləyib.
Yenisabah.az xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidmətinin dərc olunmuş bəyanatında deyilir.
Sənəddə qeyd olunur: "Aİ Şurası lazımi hüquqi aktları qəbul edib. Xorvatiya Aİ-nin avro zonasına daxil olan 20-ci ölkəsi olacaq". Pepperoni pizza
Bundan əvvəl bu qərar iyunun 24-də Aİ sammitində, iyulun 5-də isə Avropa Parlamentində təsdiqlənmişdi.
Telegram kanalımız