Xoşqədəm Rövşanənin efirə buraxmadığı İlkinin müdafiəsinə qalxdı 

saytların hazırlanması

Evə çatdırılma

Xoşqədəm Rövşanənin efirə buraxmadığı İlkinin müdafiəsinə qalxdı 

Şou

17 Aprel 2023 12:35 1609


Aparıcı Xoşqədəm Hidayətqızı "Günaydın Azərbaycan" verilişində əməkdar artist İlkin Əhmədovu müdafiə edib. 

Teleqraf.com xəbər verir ki, Xoşqədəm Hidayətqızı xanəndə haqda bu sözləri deyib: "İlkin o qədər dəqiq insandır. Yadımdadır ki, bir gün İlkini şənbə günü efirə çağırmışdıq. Həmin həftənin ikinci günü zəng edib dedi ki, ola bilər şənbə günü gəlməyim, gecikə bilərəm, çünki dərsim var. Mənə görə problem yaşamayın. Belə insanlara hörmət etmək lazımdır. Çünki İlkin dəqiqdir. Bura televiziyadır və bu cür məsələlərə nəzərə almaq lazımdır və bu özü belə böyük işdir. Çünki qalırsan belə...".

Qeyd edək ki, Rövşanə Ağasəfqızı bir neçə gün öncə “Space səhər” verilişində əməkdar artist İlkin Əhmədovu gecikdiyi üçün efirə buraxmamışdı və haqqında tənqidi fikirlər səsləndirmişdi.  Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!