Xudatda əməliyyat: 5 nəfər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Xudatda əməliyyat: 5 nəfər saxlanıldı

Kriminal

05 Sentyabr 2023 11:31 661


Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən son 1 həftə ərzində narkotiklərlə bağlı keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin əldə edilməsi, daşınması, qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan ümumilikdə 5 nəfər saxlanılıb. 

Yenisabah.az DİNə istinadla xəbər verir ki, onlar rayon sakinləri Natiq Eyvazov, Xatinə Səfərəliyeva, Samir Mirzəyev, Vasif Əlimirzəyev və Quba rayon sakini Rahib Ramazanovdur.

Həmin şəxslərin üzərlərinə və yaşdıqları evlərə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Pepperoni pizza

Bütün faktlarla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə iki nəfərin barəsində həbs qətimkan tədbiri, digər üç nəfərin barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!