"4 övlad, əsgər böyütmək asan deyil. Çox çətindir. Elə məqamlar var ki, övladlarımın yanında olmaq çox önəmlidir. 2 oğlan, 2 qızım var. Allah onları bəd nəzərdən qorusun".
Yenisahada bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı "Maqazin plyus" verilişinə müsahibəsində deyib.
Sənətçi övladlarına qoyduğu qadağalardan söz açıb: Toyuqlu pizza
"Uşaqlarım həm məndən, həm də atasından qorxur. Böyük oğlum Muhammedə deyirəm ki, sən bu hərəkəti etdin, amma atana deməyəcəyəm. Çalış, özünü daha yaxşı apar. Onu atası ilə qorxuduram. Amma həyat yoldaşım əzazil, əl qaldıran deyil. O mənəm evdə qışqırıb-bağırıb, qonşuları bezdirən. Telefonla oynamaqlarını və bir-birinə nəyisə inandırmaq üçün and içmələrinə qadağan etmişəm və qəti şəkildə icazə vermirəm. Bir-birini vurmağı onlara icazə vermirəm".
X.Şuşalı uşaqlarının şou-biznesdə olmasını istəmədiyini vurğulayıb. İfaçı bildirib ki, onlar xarici dillər öyrənirlər:
"Övladlarım xarici dillər öyrənirlər. Beş yaşdan sonra rus dilini öyrənməyə başladılar. İndi ingilis dilini öyrənməyə çalışırlar. Böyük oğlum alman dilinə yiyələnmək üçün cəhdlər edir.
İstəyirəm ki, övladlarım ərəb dilini də bilsinlər. Uşaqlarımın öz niyyətləri, arzuları var. İstəmirəm ki, onlar şou-biznesə meyillənsinlər. Valideyn övladına heç zaman pis məsləhət verə bilməz. Əsas odur ki, günah etməsinlər. İstəmirəm ki, uşaqlarım zamanlarını tədbirlərə, konsertlərə ayırsınlar".
Telegram kanalımız