Saat 16:00-a olan məlumata əsasən, ölkə ərazisində müşahidə olunan küləyin sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda, əksər bölgələrdə 8-13 m/s, bəzi yerlərdə isə 15-20 m/s-dək zəifləyib.
Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, qərb rayonlarından başlayarq yağıntılar tədricən kəsilib.
Bakıda və Abşeron yarımadasında isə yağıntılar dekabrın 14-ü axşamadək fasilələrlə davam edəcək. pizza hut
Dekabrın 15-16-da ölkə ərazisində hava şəraitinin nisbətən sabitləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi, cənub-qərb küləyinin əsəcəyi, bəzi yerlərdə sürətinin arabir güclənəcəyi gözlənilir.
Telegram kanalımız