Yağış Bağırov körpüsü, “Komsomol dairəsi”, “Nargilə dairəsi”ndə çətinlik yaradıb

saytların hazırlanması

Evə çatdırılma

Yağış Bağırov körpüsü, “Komsomol dairəsi”, “Nargilə dairəsi”ndə çətinlik yaradıb

Sosial

22 Oktyabr 2024 08:27 519


“Yağışın davamlı olaraq yağması nəticəsində hazırda paytaxtın Nərimanov rayonu Bağırov körpüsünün altında, Sabunçu rayonu “Komsomol dairəsi” və Xətai rayonu “Nargilə dairəsi” adlanan ərazilərdə nəqliyyatın hərəkətində çətinliklər yaranıb”.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Bakı Şəhər DYP İdarəsi məlumat yayıb. Qeyd olunub ki, polis, o cümlədən dövlət yol polisinin əməkdaşları və aidiyyəti qurumların nümayəndələri tərəfindən nəqliyyat vasitələrinin hərəkətinin təmin edilməsi istiqamətində işlər davam etdirilir.

“Sürücülərdən xahiş edirik ki, qeyd edilən istiqamətlər üzrə zərurət olmadan şəxsi avtomobillərdən istifadə etməsinlər, ictimai nəqliyyata üstünlük versinlər”, - deyə vurğulanıb. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!