Yağışlı gün - Faktiki hava açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Yağışlı gün - Faktiki hava açıqlandı

Sosial

08 İyul 2024 09:40 391


İyulun 8-i saat 9:00-a olan məlumata əsasən gözlənildiyi kimi, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi yerlərdə şimşək çaxıb, arabir qısamüddətli leysan xarakterli yağış yağıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Düşən yağıntının miqdarı Göyçay, Sarıbaşda(Qax) 9 mm, Şahdağda 5 mm, Mingəçevir, Şəki, Qrız, Göygöl, Oğuz, Zaqatala, Qobustan, Füzuli, Neftçala, Astara, Yardımlı, Biləsuvar, Lerik, Lənkəranda 2 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub. pizza mizza

Şimal-şərq küləyi iyulun 7-də narıncı xəbərdarlığa uyğun olaraq Culfada 22 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Lerikdə 15 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da 37, Aran rayonlarında 35, dağlıq rayonlarda 28 dərəcəyədək isti olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!