“Yan-yörəsini pafosla, millətçiliklə, mühafizəkarlıqla...” - Natiq Cəfərlidən sərt tənqid

saytların hazırlanması

Evə çatdırılma

“Yan-yörəsini pafosla, millətçiliklə, mühafizəkarlıqla...” - Natiq Cəfərlidən sərt tənqid

Siyasət

24 Mart 2021 17:30 1132


“Bu gün Rusiya Parlamenti Putinin növbəti dəfə namizəd olmasının önünü açan qanun qəbul etdi, onun əvvəlki prezidentlik dövrlərini sıfırladı. Rusiyada son refendum zamanı Konstitutsiyaya bununla bağlı maddə saldılar, amma yan-yörəsini pafosla, millətçiliklə, mühafizəkarlıqla, patriotizmlə bəzədilər”.  

Yenisabah.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

“Bəzi sosial məsələləri də saldılar ki, guya refendum bunlar üçündür, amma əsas hədəf Putini həyatının sonuna qədər prezident olmasının önünü açmaq idi. Post-sovet respublikalarının əksəriyyəti Ana Yasanı şəxsə görə dizayn etdilər, sonra da deyirlər ki, niyə dünya bizə hörmət eləmir, isararla hər addımda özləri sübut etməyə çalışırlar ki, həmin ölkələrdə hər şey bir nəfərdən asılıdır. Belə sistemlərə hörmət düşmür, çünki insan fanidir, institutlaşmamış dövlətlərdə hər şey bir nəfərdən asılı olan ölkələr mütləq tənəzzülə uğrayırlar və bunun günahı şəxsiləşdirilmiş idarəetmə modelidir. Həmin şəxslər öz ölkələrini o qədər sevmirlər ki, onlardan sonra qaçılmaz olacaq çöküşü gözardı edirlər”, - deyə ekspert fikirini tamamlayıb. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!