YAP-çı deputat bəyan etdi: “Zəngəzur dəhlizi bu il açılacaq!” 

saytların hazırlanması

Evə çatdırılma

YAP-çı deputat bəyan etdi: “Zəngəzur dəhlizi bu il açılacaq!” 

Siyasət

25 Yanvar 2024 11:00 965


Milli Məclisin YAP-da olan deputatı Siyavuş Novruzov Zəngəzur dəhlizinin 2024-cü ildə açılacağını bildirib. 

Yenisabah.az xəbər verir ki, deputat bu barədə “Künc-Bucaq” internet kanalında yayımlanan “VIII GÜN” verilişinə verdiyi müsahibə zamanı danışıb. 

“Güman edirəm ki, Zəngəzur dəhlizi bu il açılacaq. Dünyada baş verən hadisələr özün buna aparır. Ermənistanın sadəcə İran və Gürcüstan vasitəsi ilə dünyaya çıxışı var. Bu baxımdan hesab edirəm ki, Ermənistan qısa müddətdə bu məsələnin həll olunmasına çalışacaq”- deyə o qeyd edib.  pizza hut

Siyavuş Novruzov Zəngəzur dəhlizinə Ermənistanın daha çox ehtiyacı olduğunu deyib.

Ətraflı video-süjetdə: 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!