Yaponiya Rusiyaya sanksiya tətbiq etdi - Siyahıda kimlər var?

saytların hazırlanması

Evə çatdırılma

Yaponiya Rusiyaya sanksiya tətbiq etdi - Siyahıda kimlər var?

Dünya

08 Mart 2022 12:47 581


Yaponiya Rusiyaya neft emalı avadanlığının ixracına qadağa qoyub.

Yenisabah.az "Amerikanın Səsi"nə istinadla xəbər verir ki, Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar daha 20 rusiyalıya qarşı sanksiya tətbiq edib.

Sanksiyaya məruz qalan şəxslərin siyahısı Yaponiya Xarici İşlər Nazirliyinin saytında dərc olunub. Sezar pizza

O cümlədən, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov, Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko, Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozak, Çeçenistan rəhbəri Ramzan Kadırov siyahıya daxil edilib.

Bundan başqa, siyahıya rusiyalı iş adamları, o cümlədən Rotenberq qardaşları, Gennadi Timçenko, Əlişir Usmanov da daxildir.

Sanksiyalar, həmçinin iki təşkilata - İnternet Araşdırmaları Agentliyinə və "PMC Wagner"ə də tətbiq edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!