Yaponiyada dəhşətli istilər - Xəbərdarlıq edildi

saytların hazırlanması

Evə çatdırılma

Yaponiyada dəhşətli istilər - Xəbərdarlıq edildi

Dünya

07 İyul 2024 21:00 534


Yaponiyanın bir çox hissəsində anomal isti hava müşahidə olunur. İl ərzində ilk dəfə temperatur 40 dərəcəni ötüb.

Yenisabah.az Axar.az-a istinadən xəbər verir ki, iyulun 7-də Tokay və Kanto bölgələrində havanın hərarəti 40 dərəcəyə çatıb. Tokay bölgəsində 1940-cı ildən bəri ilk dəfədir ki, havanın hərarəti 40 dərəcəni ötür. Paytaxt Tokioda isə havanın hərarəti 36 dərəcə olub.

Yaponiyanın Meteorologiya Agentliyi 26 prefekturada isti hava ilə əlaqədar xəbərdarlıq edib. Dominos pizza

Bu cür hava şəraiti istivurma hallarının çoxalmasına səbəb olub. Ehime və Tokuşima prefekturalarında 2 nəfər yaşlı qadın istivurmadan ölüb. Paytaxt Tokioda 119 nəfər istivurma səbəbindən tibb ocaqlarına müraciət edib. Onlardan üçünün vəziyyəti ağırdır.

Səlahiyyətli qurumlar əhaliyə, xüsusən yaşlı insanlara və uşaqlara açıq havaya çıxmamağı tövsiyə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!