Yaralı əsgərə kömək adı altında yanlış məlumatlar yayılır

saytların hazırlanması

Evə çatdırılma

Yaralı əsgərə kömək adı altında yanlış məlumatlar yayılır

Sosial

09 Dekabr 2020 15:20 787


44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz doğma torpaqlarına qovuşdu.

Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər.

Vətən Müharibəsi zamanı yaralanan əsgərlərimiz də oldu. Hər kəs onlara kömək üçün əlindən gələni etməyə çalışır. Pepperoni pizza

Yaralı əsgərə kömək edilməsi barədə məlumatlar hazırlanır və sosial şəbəkələrə yerləşdirilir. Lakin bu tupli məlumatlar arasında yalan xəbərlər də var. Əsasən sosial şəbəkələrdə yayılan məlumatların araşdırılması zamanı vəziyyətin xeyli fərqli olduğu aşkarlanır. 

Bir sıra xəbər portalları da bu tipli məlumatları əlavə araşdırma aparmadan sosial şəbəkələrə istinadən yayırlar.

Sosial şəbəkə isifadəçilərinə və həmkarlarımıza müraciət edirik ki, yaralı əsgərlərlə bağlı məlumatları dəqiqləşdirib yaysınlar.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!