Yardımlıda azyaşlıya qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə faktı qeydə alınıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.
O bildirib ki, Yardımlı rayonunda 8-ci sinif şagirdinə qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə ilə bağlı 4 nəfər həbs edilib. pizza mizza
Azyaşlının anasına CM-nin 171-ci maddəsi ilə cinayət işi açılıb. Digər şübhəli şəxslərlə bağlı da istintaq işi aparılır:
"Azyaşlı reabilitasiyaya cəlb ediləcək, sığınacağa yerləşdiriləcək".
DİN-in Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan "Report"a faktı təsdiqləyiblər.
Faktla başlanılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. Hadisənin təfərrüatları açıqlanmayıb.
Telegram kanalımız