İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
İyulun 7-də saat 22:40-da Yardımlı rayonunun Arus kəndi yaxınlığında 4 kiloqram 372 qram narkotik vasitə “marixuana”, 78 qram “heroin” və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 1920 ədəd “preqobalin – 150” həbi aşkar olunaraq götürülüb. pizza
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Telegram kanalımız