Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqa 12 il cəza istənildi 

saytların hazırlanması

Evə çatdırılma

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqa 12 il cəza istənildi 

Kriminal

04 Dekabr 2023 17:11 1369


Yarım milyon manatlıq mənimsəmədə ittiham olunan Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrayıl Fərzəliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. 

Modern.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham nitqi ilə çıxış edib. 

Prokuror C. Fərzəliyevin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 12 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.  Marqarita pizza

Vəkillərə çıxışa hazırlaşmaq üçün dekabrın 25-nə kimi vaxt verilib. 

Cinayət işi üzrə zərərçəkmiş qismində “Paşa Bank” və “Gənclər Fondu” tanınıb. 

Qeyd edək ki, C.Fərzəliyev politoloq kimi də fəaliyyət göstərib. O, 2018-ci ildə “Gənclər Fondu”nun maliyyə dəstəyi ilə 8-ci qrant müsabiqəsinin qalibi olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!