Yasamalda iki nəfər üç kiloqram narkotiklə saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Yasamalda iki nəfər üç kiloqram narkotiklə saxlanıldı

Kriminal

28 Mart 2025 16:29 446


Paytaxtın Yasamal rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli şəxslər saxlanılıblar.

Yenisabah xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə C.Hüseynəli saxlanılıb. Ondan 1 kiloqramdan artıq heroin, ümumi çəkisi 500 qramdan artıq marixuana, metamfetamin və tiryək aşkar olunaraq götürülüb. Toyuqlu pizza

Yasamal RPİ-nin 27-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri digər tədbirlə rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən G.Abbasov da saxlanılıb. Ondan da çəkisi 1 kiloqramdan artıq heroin, ümumi çəkisi yarım kiloqramdan çox marixuana, metamfetamin və tiryək aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!