Yasamaldakı zibil problemi həll olundu - Foto

saytların hazırlanması

Evə çatdırılma

Yasamaldakı zibil problemi həll olundu - Foto

Sosial

17 Sentyabr 2020 10:25 765


Ötən gün, elektron informasiya vasitələrinin birində Yasamal rayonu, 7-ci Sallaqxana kuçəsində yaşayan sakinlərin zibil konteynerlərinin çatışmazlığından şikayət etdikləri ilə bağlı məlumat yayılmışdı.

Bakı Şəhər İcra Hakimiyyətindən Yenisabah.az-a daxil olan məlumata görə, məsələ ilə əlaqədar Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti əməkdaşları tərəfindən dərhal əraziyə baxış keçirilib, konteynerlərdəki tullantıların daşınması təmin edilib.

Bildirilib ki, ötən ildən Bakı şəhərinin Nərimanov rayonunda Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə hazırlanmış yeni pilot layihənin - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsinin icrası uğurla həyata keçirilir. Layihəyə əsasən ilin sonuna kimi paytaxtın daha 3, o cümlədən Yasamal rayonu da bu layihəyə qoşulacaqdır. Bununla əlaqədar rayonda yeni konteyner meydançaları yaradılır, buradakı konteynerlər isə hissə-hissə qapağı olan yeni iri tutumlu konteynerlərlə əvəz edilirlər. Pepperoni pizza

Hazırda həmin ərazi kommunal xidmətlər tərəfindən nəzarətə götürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!