Yaşar Nurinin qızı: “Anam yaxınlaşıb mənə dedi ki...“

saytların hazırlanması

Evə çatdırılma

Yaşar Nurinin qızı: “Anam yaxınlaşıb mənə dedi ki...“

Şou

10 Sentyabr 2022 10:27 1769


Mərhum Xalq artisti Yaşar Nurinin müğənni qızı Ülkər atası ilə bağlı xatirələrini bölüşüb.

Yenisabah.az xəbər verir ki, ARB telekanalında yayımlanan “O Üz” verilişində qonaq olan Ü.Yaşarqızı aktyorun real həyatda sərt adam olduğunu deyib:

"Atamın bircə baxışı, duruşu bizim üçün qanun idi. O, sözü olanda belə üzümüzə demirdi. Bir epizod danışım, 11-ci sinifi yeni bitirmişdim. Qırmızı dodaq boyası çəkdim. Həmin gün qonaqlığa gedirdik. Elə qonaqlıqda başını mən tərəfə qaldırıb diqqətlə baxdı. Sonra anamın qulağına nəsə pıçıldadı. Anam yaxınlaşıb mənə dedi ki, get, o dodaq boyasını sil, atan dünyanı dağıdır”. pizza hut

Qeyd edək ki, Yaşar Nuri 2012-ci ildə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Verilişdən olan həmin kadrları təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!