“YAŞAT”Fondunun yaradılması Azərbaycan dövlətinin məqsədyönlü siyasətinin nəticəsidir”.
Bu sözləri Yenisabah.az-a “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü, hərbi ekspert Şair Ramaldanov deyib.
Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) Himayəçilik Şurasının tərkibi təsdiq edilib. Şuranın tərkibinə aşağıdakı şəxslər daxildir: Pepperoni pizza
Abdullayev Çingiz Akif oğlu
Alızadə Sevinc Əsgərxan qızı
Aslanov Novruzəli Davud oğlu
Aşina Məsud
İbrahimov Mənsum İsrafil oğlu
İsgəndərov Anar Camal oğlu
Qasımov Balakişi Ələkbər oğlu
Novruzov Cahangir Mütəllib oğlu
Ramaldanov Şair Ramaldan oğlu
Səfərəliyeva Rəna Teymur qızı
Zəkiyev İlham Əzizağa oğlu.
Şair Ramaldanov Prezidentin İkinci Qarabağ savaşında yaralanan hərbçilərlər görüşünü xatırladaraq bildirib ki, şəhid ailələri və qazilər həmişə ölkə başçısının diqqətində olub. “Cənab Prezident yaralı hərbçilərimizlə görüşdə xüsusi olaraq vurğuladı ki, sizin yanınızda olacam. “YAŞAT” Fondu bu siyasəti həyata keçirmək üçün yaradılıb. Yəni, bu məqsədyönlü siyasətin nəticəsidir və çox doğru addımdır. Hesab edirəm ki, Fond üzərinə düşən vəzifəni layiqincə yetirəcək, şəhid ailələrinə və yaralı hərbçilərimizin sosial təminatının yaxşılaşdırılması üçün imkanlarını səfərbər edəcək”, - deyə o vurğulayıb.
Telegram kanalımız