“YAŞAT”ın Himayəçilik Şurasının üzvü: “Belə bir Fonda ehtiyac var idi“

saytların hazırlanması

Evə çatdırılma

“YAŞAT”ın Himayəçilik Şurasının üzvü: “Belə bir Fonda ehtiyac var idi“

Sosial

08 Dekabr 2020 16:37 779


“Belə bir Fonda ehtiyac var idi və bu addımın atılmasını doğru hesab edirəm”.

Bu sözləri Yenisabah.az-a “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü, Qarabağ qazisi İlham Zəkiyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılmış YAŞAT Fondu dövlətin bu istiqamətdəki məqsədyönlü siyasətinin nəticəsidir. “Doğrudur, bunun üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi var. Amma bu nazirliyin də işi kifayət qədərdir. Ona görə də belə bir Fonda ehtiyac var idi və cənab Prezident bu xeyirxah addımı atdı. Biz də üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməyə və bizə göstərilən etimadı doğrultmağa çalışacağıq”, - deyə İlham Zəkiyev bildirib. Dördpendirli pizza

O əlavə edib ki, Azərbaycanın bütövlüyü uğrunda döyüəşərk şəhid olan və sağlamlığını itirən vətəndaşlarımıza dövlət qayğısı həmişə olub. “İndi də belə bir Fondun yaradılması göstərir ki, Azərbaycan dövləti və onun rəhbərliyi bu məsələlərə kifayət qədər diqqətli yanaşır. Bu çox müsbət haldır”, - deyə Qarabağ qazisi əlavə edib.

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə  Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) Himayəçilik Şurasının tərkibi təsdiq edilib. İlham Zəkiyev də Şurada təmsil olunur.

O 1999-cu ildə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman Ermənistan tərəfdən atılan snayper gülləsinə tuş gəlib və nəticədə görmə qabiliyyətini itirib.

İlham Zəkiyev həm də ikiqat Paralimpiya Oyunları çempionu (2004, 2008), ikiqat dünya çempionu (2007, 2010), yeddiqat Avropa çempionu (2005, 2007, 2009, 2011, 2013, 2015, 2017) və 2015 Avropa Oyunları çempionudur. O, Azərbaycanın Əməkdar İdman Ustası adına layiq görülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!