“Yaşıl Addımlar” adlı ekoloji mövzuda tədbir keçirilib - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

“Yaşıl Addımlar” adlı ekoloji mövzuda tədbir keçirilib - Fotolar

Sosial

05 Noyabr 2024 20:46 462


N.Nərimanov adına 45 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 ilə bağlı “Yaşıl Addımlar” adlı ekoloji mövzuda tədbir təşkil olunmuşdur.

Yenisabah.az xəbər verir ki, tədbir şagirdlər arasında ətraf mühitin qorunması və ekoloji problemlərin həllinə dair maarifləndirmə məqsədi daşıyır, eyni zamanda, tədbirdə ağaclar, quşlar və digər təbiət elementlərinin əhəmiyyəti vurğulanır, ətraf mühitin qorunması üçün uşaqlara məsuliyyət aşılanır.

Təqdimat vətənpərvərlik ruhunda açılış, rəqslər, şagirdlərin yaratdığı fləşmoblar, video və səhnəciklərlə zənginləşdirilib. Sonda ümummilli lider Heydər Əliyevin təbiətin qorunması ilə bağlı fikirləri xatırlandı. Dördpendirli pizza

Şagirdlərin möhtəşəm çıxışlarını izləmək üçün tədbirdə Nərimanov rayonunun qabaqcıl məktəb rəhbərləri, YAP Nərimanov rayon təşkilatı sədri Anar Məmmədov, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, Qərbi Azərbaycan İcması - Western Azerbaijan Community  ictimai birliyinin fəal üzvü, 138 nömrəli tam orta məktəbin direktoru Mirfaiq Mirheydərli və digər ictimai xadimlər iştirak edirdi. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!